0 xalla ən yaxşı 3-cülər arasında olan milli komanda hansıdır?
Futbol üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçirilən mundialda bu gün qrup mərhələsinin 3-cü turuna start veriləcək.
Öncədən xəbər verdiyimiz kimi, 7 milli komanda artıq pley-offa vəsiqəni təmin edib.
Qrup mərhələsi başa çatdıqdan sonra "ən yaxşı üçüncülər" də növbəti raunda adını yazdıracaq.
Dördilliyin zirvə yarışında artıq ilk iki tur başa çatıb. "Ən yaxşı üçüncülər"in sıralaması belədir:
1. İsveç - 3 xal
2. Şotlandiya - 3 xal
3. Xorvatiya - 3 xal
4. Əlcəzair - 3 xal
5. Paraqvay - 3 xal
6. Kabo Verde - 2 xal
7. Belçika - 2 xal
8. Çexiya - 1 xal
9. Konqo Demokratik Respublikası - 1 xal
10. Ekvador - 1 xal
11. Bosniya və Herseqovina - 1 xal
12. Seneqal - 0 xal


