İordaniya millisinin heyəti açıqlandı
İordaniya millisinin DÇ-2026 üçün 30 nəfərlik ilkin heyəti açıqlanıb.
Camal Salaminin baş məşqçisi olduğu komanda J qrupunda Argentina, Əlcəzair və Avstriya ilə üz-üzə gələcək.
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Qapıçılar: Yezid Əbu Leyla ("Əl Hüseyn"), Abdulla Əl-Fahuri ("Əl Vehdat"), Nur Bani Attiye ("Əl Faysalı"), Əhməd Əl Cüaidi ("Şabab Əl Ordon");
Müdafiəçilər: Abdulla Nasib ("Əz Zavra"), Yazan Əl-Ərəb ("Seul"), Hossam Əbu Əl-Dahab ("Əl Salmiyə"), Məhəmməd Əbu Əl-Nadi ("Selanqor"), Səlim Übeyd ("Əl Hüseyn"), Səad Əl-Ravaşde ("Əl Hüseyn"), Ehsan Həddad ("Əl Hüseyn"), Əhməd Asəf ("Əl Hüseyn"), Ənəs Bədavi ("Əl Faysalı"), Məhəmməd Əbu Taha ("Əl Qüvvə Əl Cəviyə"), Məhəmməd Əbu Həşiş ("Əl Karma");
Yarımmüdafiəçilər: Məhəmməd Əbu Xoş ("Əl Karma"), İbrahim Saade ("Əl Karma"), Əmir Camus ("Əl Vehdat"), Nizar Əl-Raşdan ("Zavra"), Nur Əl-Ravabde ("Selanqor"), Yusif Kaş ("Əl Hüseyn) Racai Ayed ("Əl Hüseyn"), Məhəmməd Əl-Dahud ("Əl Faysalı");
Hücumçular: Mahmud Əl-Mərdi ("Dibba"), Musa Əl-Tamari ("Renn"), İbrahim Sabra ("Göztəpə"), Uda Əl-Fahuri ("Əl Hüseyn"), Məhəmməd Əbu Zreyq ("Raca Kasablanka"), Əli Əl-Ezzayze ("Kazma"), Əli Olvan ("Əl Karma")
Mediasport.com.az


