6 dünya çempionatında qol vuran yeganə futbolçu oldu

 6 dünya çempionatında qol vuran yeganə futbolçu oldu

Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu daha bir tarixi göstəriciyə imza atıb.

"Mediasport" xəbər verir ki, Portuqaliya millisinin 41 yaşlı kapitanı unikal uğura Özbəkistan yığması ilə görüşün ilk hissəsində iki dəfə fərqlənməklə nail olub.

Hücumçu 6-cı dəfə Dünya Kubokunda qol vuran yeganə futbolçu ünvanına sahib çıxıb.

O həm də Rojer Milladan sonra mundiallarda qol vuran ikinci ən yaxşlı futbolçudur.

DÇ-lərdə qol sayının 10-a çatdıran Ronaldu ümumilikdə karyerası ərzində 975 dəfə fərqlənib.