Yığma komandamız Bolqarıstanda Paraqvay millisi ilə qarşılaşacaq

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan İnkişaf etməkdə olan ölkələrin çempionatında daha bir görüş keçirəcək.
"Mediasport" xəbər evrir ki, qrupda 3 oyunun hamısında məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gələcək.
Görüş sabah Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Xatırladaq ki, həndbolçularımız B qrupunda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzublar.