"Ötənilki səhvlər təkrarlanmağa başlayıb" - Kurban Berdıyev

"Bərabər səviyyəli oyunda müdafiədə çox kobud səhv buraxdıq. "Sabah" kimi rəqibə qarşı bunu etmək olmaz. Bundan sonra rəqib daha arxayın şəkildə mübarizə apardı".
"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 5-ci turunun "Sabah"la səfər matçı haqda danışıb, 0:2 hesablı məğlubiyyəti şərh edib:
"Təəssüflər olsun ki, ötənilki səhvlər təkrarlanmağa başlayıb. Çalışacağıq ki, bunların qarşısını alaq.
Standart vəziyyətlərin üzərində də əvvəlki kimi işləyirik. Bəzən alınır, bəzən alınmır. İnanıram ki, alınacaq. Hər şey qarşıdadır".