"Turan Tovuz" "Qəbələ"ni məğlub edərək "Qarabağ"a yaxınlaşdı

"Turan Tovuz" "Qəbələ"ni məğlub edərək "Qarabağ"a yaxınlaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun “Qəbələ” - “Turan Tovuz” oyunu keçirilib.

"Mediasport" xəbər verir ki, qarşılaşma ötən il dekabrın 8-də güclü duman səbəbindən yarımçıq dayandırılmışdı.

Səfərdə inamlı qələbə qazanan tovuzlular 3-cü pillədə mövqelərini bir qədər də yaxşılaşdırmaqla, "Qarabağ"la xal fərqini 5-ə endiriblər.


Azərbaycan Premyer Liqası. 14-cü tur


“Qəbələ” - “Turan Tovuz” 0:3

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

Qəbələ şəhər stadionu