Premyer Liqaya yüksələn komandada iki yeni müqavilə
                                Premyer Liqaya hazırlaşan "İmişli" 2 futbolçusu ilə müqavilə müddətini artırıb.
"Mediasport" xəbər verir ki, aranlılar yarımmüdafiəçi Elmir Rəhimzadə ilə 1 illik müqavilə bağlayıblar.
Digər orta sahə oyunçusu Lətif Rzayevlə yeni anlaşma isə 2 illik nəzərdə tutulub.
                        