"Sabah" bu gün çempion ola bilər

"Sabah" bu gün çempion ola bilər

“Sabah”ın tarixində ilk Premyer Liqa çempionluğu bu axşam rəsmiləşə bilər.

"Mediasport" xəbər verir ki, Masazır klubunun ilk böyük uğurunun erkən mümkünlüyü "Qarabağ"ın məğlubiyyətindən asılıdır.

Belə ki, 21-ci turdan təxirə salınmış matçda "Neftçi" ilə qarşılaşacaq Ağdam klubu uduzsa, "bayquşlar" Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edəcəklər.

Hazırda aktivində 72 xalı olan "Sabah" ən yaxın izləyicisini 13 xal qabaqlayır və mövsümün sonuna 4 tur qalıb.