"Futbolçuların motivasiyaları aşağı idi, amma yaxşı oynadılar"

"Futbolçuların motivasiyaları aşağı idi, amma yaxşı oynadılar"

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Oyunun keyfiyyəti yaxşı deyildi. Qarşımızda yaxşı müdafiə olunan, əks-hücumlara çıxa bilən rəqib var idi. Hesab 3:0 olsa da, hər şey qaydasında getmədi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 32-ci turunun "İmişli" ilə matçından sonra (3:0) keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Oyunçularımdan razı qaldım. Motivasiyaları aşağı idi. Amma yaxşı oynadılar. Son ev oyunu idi. Stadionda olan hər kəsə təşəkkür edirəm. "İmişli"yə də təşəkkür düşür. Debüt etsələr də, yaxşı nəticə əldə etdilər. Ev oyunlarını yaxşı şəraitdə keçirməsələr də, yaxşı nəticə qazandılar".

Çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Muaddibin gəlməyi doğrudu?

- Heç kimlə razılığa gəlməmişik. Bəziləri fikirləşdiyini deyir, mövsümün sonunu gözləyir.

ÇL-ə gedə bilməmək transferlərə təsir edəcək?

- Fərqi yoxdu. Deyirdik ki, ÇL-də oynayacağıq, təsir etmirdi. Sabit çıxış etdiyimizə görə gələnlər olur.

Musa milli toplanışa qədər düzələcək?

- Ola bilər ki, düzəlməsin. Məşqləri buraxır. Nə yüngül zədədi, nə də ciddi. Müalicəvi iynələr vurulur. Qığırdağında zədələr var.

Müqavilə müddəti bitən və əvəzedici heyətdə olanların taleyi necə olacaq?

- Böyük ehtimalla, Bədavi qalacaq. Kapitanımızdı. Son oyunlarda yaxşı oynadı. İstər ÇL-də, istər çempionatda. Digərləri ilə bağlı qəti qərar vermədiklərimiz var.

Son oyunda akademiyadan uşaqların oynamaq ehtimalı var?

- Hikməti əsas heyətdə görə bilərik. Ümumi hazırlığ səviyyəsinə baxacağıq.

Kimlərin gedəcəyi qətiləşib?

- Özümdə var. Açıqlamaq düzgün çıxmaz (gülür). Vaxtı gələndə saytımızda açıqlanacaq.