Hikmət Qafarlı bu dəfə AÇ-nin Gürcüstan - Fransa oyununda
Futzal üzrə FİFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində daha bir oyuna təyinat alıb.
"Mediasport" xəbər verir ki, həmyerlimiz A qrupunda keçiriləcək Gürcüstan - Fransa görüşündə üçüncü hakim funksiyasını yerinə yetirəcək.
Matç bu gün saat 19:00-da Kaunasdakı “Jalgiris Arena”da baş tutacaq.
Qarşılaşmanın baş hakimi Sloveniyadan olan Aleş Moçnik Periç olacaq. Ona həmvətəni Dejan Veseliç kömək edəcək.
Xatırladaq ki, H.Qafarlı yarışda artıq iki qarşılaşmada iş başında olub.
