Azərbaycan çempionunun ÇL oyunlarının təqvimi açıqlandı

UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək futzal üzrə “Araz-Naxçıvan” klubunun qrupunda keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, təmsilçimizin yer aldığı qrupun matçları Avstriyada keçiriləcək.
UEFA Çempionlar Liqası. İlkin mərhələ. F qrupu
"Araz-Naxçıvan" - "Sparta Belfast" (Şimali İrlandiya)
27 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00
"PYF Saltires" (Şotlandiya) - "Araz-Naxçıvan"
28 avqust. Linz. NMS İdman Sarayı. Saat 19:00
"Lyuti Krajişniçi" (Avstriya) - "Araz-Naxçıvan"
30 avqust. Linz. NMS İdman Sarayı. Saat 21:30