"Qarabağ" - "Araz-Naxçıvan" matçını FİFA referisi idarə edəcək

Azərbaycan Premyer Liqasında 34-cü turun görüşlərinə hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, turun "Qarabağ"la "Araz-Naxçıvan" arasında baş tutacaq mərkəzi matçını FİFA referisi Əliyar Ağayev idarə edəcək.
3 oyun günün əhatə edəcək tura məhz mayın 11-də "Azərsun Arena"da yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 34-cü tur
9 may
“Sabah” - “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
Bank Respublika Arena. Saat 19:00
10 may
“Səbail” - “Zirə”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ömər Paşayev
ASCO Arena. Saat 17:00
“Turan Tovuz” - “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
Tovuz şəhər stadionu. Saat 19:30
11 may
“Kəpəz” - “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
Tovuz şəhər stadionu. Saat 18:00
“Qarabağ” - “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
Azersun Arena. Saat 20:00