Mahir Emrelidən gözəl qol, komandası bərabərə qaldı - VİDEO

Mahir Emrelidən gözəl qol, komandası bərabərə qaldı - VİDEO

Almaniya 2-ci Bundesliqasında 31-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" "Fortuna" ilə qarşılaşıb.

Yığmamızın forvardı Düsseldorf səfərinin ilk hissəsində adını tabloya yazdırmağı bacarıb.

28 yaşlı hücumçu 45+4-cü dəqiqədə uzaq məsafədən gözəl qolla komandasının üstünlüyünü 2 topa çatdırıb - 2:0.

Lakin fasilədən sonra 3:0 hesablı üstünlük qazanan nürnberqlilər böyük fərqi qoruya bilməyiblər - 3:3.

Xatırladaq ki, ötən yaydan Miroslav Klozenin baş məşqçisi olduğu "Nürnberq"də forma geyinən Emreli cari mövsüm liqada 7 qol vurub, 1 məhsuldar ötürmə edib.