"Qarabağ" azarkeşlərinin diqqətinə!

"Qarabağ" azarkeşlərinin diqqətinə!

Fevralın 24-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə "Nyukasl Yunayted"lə qarşılaşacaq "Qarabağ" azarkeşlərinə müraciət edib.

"Mediasport" xəbər verir ki, "Sent Ceyms Park" stadionunda baş tutacaq görüş üçün azərbaycanlı azarkeşlərə biletlər bu gün satışa çıxarılacaq.

Azarkeşlər saat 15:00-dan iTicket.az saytından biletləri əldə edə bilərlər.

Qeyd edək ki, tərəflər arasında cavab matçı saat 00:00-da başlanacaq. İlk oyun fevralın 18-də Bakıda reallaşacaq.