Almaniya klubunun vingeri "Qarabağ"la oyun haqda danışdı
"Nəticəyə görə çox məyusuq, belə olmamalıdır. Artıq nələrisə dəyişməliyik".
"Mediasport" xəbər verir ki, bu sözləri Almaniya mətbuatına açıqlamasında "Ayntraxt"ın futbolçusu Ansqar Knauff deyib.
Frankfurt klubunun 25 yaşlı vingeri "Qarabağ"la UEFA Çempionlar Liqası oyunu haqda danışıb:
“Çox məyusuq, yenə də son dəqiqələrdə qollar buraxıb uduzduq. Təsəvvür edirsiniz, biz hər oyun 3 top buraxırıq. Belə vəziyyətdə qalib gəlmək çox çətindir. Bu, həqiqətən də məyusedicidir".
Xatırladaq ki, Qurban Qurbanovun komandası Bakıda Bundesliqa təmsilçisini 3:2 hesabı ilə məğlub edib.
