Qurban Qurbanov "Fənərbağça"nın baş məşqçiliyinə namizədlərdəndir

Qurban Qurbanov "Fənərbağça"nın baş məşqçiliyinə namizədlərdəndir

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Fənərbağça" klubunu çalışdıra bilər.

"Mediasport" xəbər verir ki, buy barədə türkiyəli jurnalist və şərhçi Serdar Ali Çelikler məlumat paylaşıb.

O qeyd edib ki, İsmail Kartalla vidalaşan İstanbul nəhənginin siyahısında adı keçən 5 mütəxəssisdən biri Qurban Qurbanovdur.

Digər namizədlər isə Vinçenso Montella, Bülent Uyğun, Abdullah Avcı və Volkan Demireldir.

Xatırladaq ki, hazırda komanda müvəqqəti olaraq Dirk Köytə tapşrılıb.

Qurban Qurbanovun adı ötən il "Beşiktaş"la da hallanıb.