"Qarabağ" Bolqarıstanda təşkil olunan turnirə uğurlu başladı

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda təşkil olunan “Sozopol Cup 2025” turnirinə uğurlu başlayıb.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi yarışın ilk iki turunda qələbə qazanıb.
Komandamız ilk oyununu yerli “Septemvri”yə qarşı keçirib və 2:0 hesabı ilə qalib gəlib.
U-13 ikinci görüşdə Bolqarıstanın digər təmsilçisi “Olimpiya” ilə üz-üzə gəlib və 5:1 hesablı qələbəni bayram edib.
Qeyd edək ki, "Qarabağ"ın yer aldığı A qrupunda “Septemvri” və “Olimpiya”dan başqa “Botev”, “Ludoqorets” və “Etar” da mübarizə aparır.