"Qarabağ" Çempionlar Liqasında "Çelsi" ilə heç-heçə etdi - YENİLƏNDİ

 "Qarabağ" Çempionlar Liqasında "Çelsi" ilə heç-heçə etdi - YENİLƏNDİ

Azərbaycanın UEFA Çempionlar Liqasında yeganə təmsilçisi "Qarabağ" yarışın Liqa mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu 4-cü tur çərçivəsində Bakıda İngiltərə nəhəngi "Çelsi"ni qəbul edib.

Komandamız başabaş mübarizə sonrası 1 xalla kifayətlənib.

Xatırladaq ki, hər iki komanda bu turadək keçirdiyi 3 görüşün ikisində qələbə qazanıb birində uduzmuşdu.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur


"Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) 2:2

Baş hakim: Sebastian Gişamer

Yan xətt hakimləri Roland Ridel, Santino Şreyner

Dördüncü hakim: Uolter Altmann

VAR: Manuel Şuettenqruber

AVAR: Jozef Sparni (Hakimlər briqadası Avstriyadandır)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": Mateuş Koxalski, Bəhlul Mustafazadə, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Kadi Borges, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Çelsi": Robert Sançes, Mark Kukurelya, Toni Adarabioyo, Brayan Gittens, Andreys Santos, Joao Pedro, Hato, Ris Ceyms, Tarık Corc, Estevao, Laviya.