Azərbaycan Kubokunda ilk mərhələ iki oyunla yekunlaşacaq

Futbol üzrə Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümü üçün 1-ci təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə iki matç keçiriləcək.
Bununla da 2-ci raundun bütün iştirakçıları müəyyənləşəcək.
Xatırladaq ki, dünən baş tutan 4 qarşılaşmadan sonra "Şəki Siti", "Qaradağ Lökbatan", "Dinamo" və "Ağstafa Gəncləri" növbəti mərhələyə vəsiqə qazanıblar.
Saat 14:00-da başlanacaq qarşılaşmalar Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi
9 oktyabr (cümə axşamı)
“Şəki Siti” – “Araz Saatlı” 3:2
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. “Rekord Arena”.
“Qaradağ Lökbatan” – “Ağdaş” 8:0
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
“Dinamo” – “Kür-Araz” 3:2
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Binə. Qəsəbə stadionu.
“Ağstafa Gəncləri” – “Şirvan” 1:0
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmnədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağstafa. Şəhər stadionu.
10 oktyabr (cümə)
“Göygöl” – “Şəmkir”
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu
“Quba” – “Xankəndi”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Quba. Olimpiya İdman Kompleksinin stadionu