"Qarabağ"ın gənc futbolçusu Almaniyanın "Verder" klubunda!

"Qarabağ"ın U-19 komandasının futbolçusu Nihad İsgəndərov karyerasını Almaniyada davam etdirməyə yaxındır.
"Mediasport" "Sportal"a istinadən xəbər verir ki, istedadlı oyunçu ilə Bremenin "Verder" komandası maraqlanır.
Alman klubunun skautları futbolçunu "Qarabağ"ın heyətində bir müddət əvvəl İsveçin Göteborq şəhərində keçirilmiş "Gothia Cup" turnirində izləyərək bəyəniblər.
Bremen təmsilçisi İsgəndərovu Almaniyaya dəvət edib. "Verder" onu klubun akademiyasına cəlb etmək niyyətindədir.
Hazırda tərəflər arasında danışıqlar gedir və gənc futbolçunun sənədləri hazırlanır.