Premyer Liqadan 1-ci Liqaya

Premyer Liqadan 1-ci Liqaya

1-ci Liqa təmsilçisi "Səbail" qapıçı Mehdi Cənnətovu heyətinə cəlb edib.

"Mediasport" xəbər verir ki, 34 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

O, 2025/2026 mövsümünü "Sumqayıt"da keçirib. Ümumilikdə 21 oyuna çıxıb, 31 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Cənnətov karyerası ərzində ölkəmizin "Zirə", Rusiyanın "Anji" və "Baltika" klublarının da formasını geyinib.

Mehdi Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.