"Qarabağ" “MecHack-9030” komandası ilə əməkdaşlığa başladı

“Qarabağ” Futbol Klubu Azərbaycanın və Qafqazın FIRST Robotics Competition (Elm və Texnologiyanın Təşviqi və Tanınması üçün Robototexnika Müsabiqəsi) üzrə ilk və yeganə komandası olan “MecHack-9030” komandası ilə rəsmi əməkdaşlığa başlayıb.
"Mediasport" xəbər verir ki, əməkdaşlıq çərçivəsində komanda “Qarabağ MecHack-9030” adını daşıyacaq, gənclərin inkişafı, intellektual sahələrin təşviqi və ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcək.
“Qarabağ” Futbol Klubu bu addımla gənclərin inkişafına, onların bacarıqlarının genişləndirilməsinə və Azərbaycan mədəniyyətinin tanıdılmasına verdiyi dəstəyi daha da gücləndirir.
“Qarabağ MecHack-9030” komandası Qafqaz və Azərbaycanın FRC üzrə ilk və yeganə komandasıdır.
Komanda son üç ildə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edib və müxtəlif mükafatlar qazanıb.