"Qarabağ"dan "Neftçi" ilə oyundan əvvəl azyaşlı azarkeşlərinə sürpriz

“Qarabağ” aprelin 19-da Premyer Liqanın 31-ci turu çərçivəsində “Neftçi” ilə baş tutacaq matçdan əvvəl azyaşlı azarkeşlərinə sürpriz hazırlayır.
"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi oyundan öncə stadion ərazisində fəaliyyət göstərəcək fan zonada azyaşlı azarkeşlərinə "XAN Nəşriyyatı" tərəfindən xüsusi olaraq ərsəyə gətirilmiş boyama kitabları hədiyyə edəcək.
Qeyd edək ki, azarkeşlər biletləri iTicket.az üzərindən onlayn şəkildə, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qarşılaşma saat 20:00-da başlanacaq.