Olimpiadada Azərbaycanın bayraqdarları onlar olacaqlar
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda start götürəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın komandasının bayraqdarlarının adlarını açıqlayıb.
Milli Olimpiya Komitəsindən (MOK) "Mediasport"a verilən məlumata görə, paytaxt Dakardakı “Abdulaye Vade” stadionunda keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər Süleyman İsmayılzadə və Məryəm Cavadova daşıyacaqlar.
Süleyman İsmayılzadə III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.
Məryəm Cavadova isə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısıdır.
Yarış noyabrın 13-də yekunlaşacaq. Azərbaycan olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunacaq

