Bakıda tarixi görüş: "Qarabağ" "Nyukasl"ı qəbul edir - YENİLƏNİR

Bakıda tarixi görüş: "Qarabağ" "Nyukasl"ı qəbul edir - YENİLƏNİR

Azərbaycanın UEFA Çempionlar Liqasında təmsilçisi "Qarabağ" bu gün Avropanın bir nömrəli klub yarışında tarixi görüşə çıxacaq.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin pley-off mərhələsinin ilk oyunu çərçivəsində İngiltərənin köklü "Nyukasl Yunayted" komandasını qəbul edəcək.

Tərəflər arasında cavab qarşılaşması fevralın 24-də "Sent Ceyms Park"da reallaşacaq.


UEFA Çempionlar Liqası. Pley-off mərhələsi. İlk oyun


21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl Yunayted" (İngiltərə)

Baş hakim: Espen Eskos

Yan xətt hakimləri: Yan Erik Enqan, İsak Elias

Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)

VAR: Rob Diperink

AVAR: Dennis Hiqler (Niderland).

Hakim-inspektor: Matteo Simone Trefoloni (İtaliya)

UEFA nümayəndəsi: İqnas Marçinkeviçyus (Litva)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.