Sadiq Şəfiyev yenidən "Kəpəz"də

"Kəpəz" Sadiq Şəfiyevi heyətinə qatıb.
"Mediasport" xəbər verir ki, "sarı-göylər" "Turan Tovuz"un 19 yaşlı hücumçusu mövsümün sonuna kimi icarəyə götürülüb.
Gəncə futbol məktəbinin yetirməsi olan Şəfiyev 2020-2021-ci illər və ötən mövsümün 2-ci hissəsini "Kəpəz"də keçirib.
Sadiq aşağı yaş qrupları üzrə milli komandaların formasını geyinib.