Azərbaycan Kubokunda ikinci finalçı komanda "Sabah" oldu

Azərbaycan Kubokunda ikinci finalçı komanda "Sabah" oldu

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, cavab oyunları çərçivəsində reallaşan ikinci matçla növbəti finalçı müəyyənləşib.

"Qarabağ" Masazırda "Sabah"la qarşılaşmada məğlub olaraq finala yüksələ bilməyib.

Baş hakim Rəvan Həmzəzadənin müəmmalı qərarları "Sabah"ın final yolunu açıb.

Xatırladaq ki, digər finalçı "Zirə"dir.


Azərbaycan Kuboku. Yarımfinal. Cavab oyunu


"Sabah" – "Qarabağ" 2:1

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu

VAR: Kamranbəy Rəhimov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldəniz Musayev

"Bank Respublika Arena"

İlk oyun: 2:2