Premyer Liqa klubu daha beş futbolçusu ilə yollarını ayırdı

Premyer Liqa klubu daha beş futbolçusu ilə yollarını ayırdı

Premyer Liqaya hazırlaşan "Karvan"da "təmizləmə əməliyyatı" davam edir.

"Mediasport" xəbər verir ki, Yevlax klubu daha beş futbolçu ilə yollarını ayırıb.

Peyman Keşavərzi, İlham Hüseynov, Məmməd Muradov, Arif Məhəmmədəlipur və Behzod Xulikulov ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, daha əvvəl Emil Qasımov, Ezekiel Morqan, İzzət Müştaqov, Elvin İsmayılov və Müşviq Teymurov yola salınıb.