"Qarabağ" "Kayrat"a məğlub oldu

  "Qarabağ" "Kayrat"a məğlub oldu

Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələrin komandaları arasında "Turan Cup 2025" futbol turniri davam edir.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizədə Qırğızıstanın Milli Futbol Akademiyası komandasını məğlub edib (2:1).

"Köhlən atlar" "Kayrat"a 0:1 hesabı ilə uduzub.

"Qarabağ" buna qədər "Kaspi"yə (2:0) qalib gəlsə də, "Paxtakor"a (0:2) və "Rizəspor"a (0:4) məğlub olub.