DİQQƏT! "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri satışa çıxarıldı

DİQQƏT! "Qarabağ"ın "Dinamo" ilə matçının biletləri satışa çıxarıldı

Avqustun 6-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Polşada keçiriləcək "Dinamo" (Kiyev, Ukrayna) - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, "Lublin Arena"da baş tutacaq qarşılaşma üçün biletlərin qiyməti 49 PLN (23 AZN) təşkil edir.

Ağdam klubundan bildirilib ki, azarkeşlər bilet alarkən e-mail ünvanlarını düzgün qeyd etməlidirlər.

Bilet əldə edən şəxslər stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.

Stadiona giriş yalnız biletlə mümkün olacaq və şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.

Biletləri bu ünvandan onlayn qaydada almaq mümkündür - https://bit.ly/45xl87Y.

Matç Bakı vaxtilə 21:00-da başlanacaq.