"Neftçi"nin "Sumqayıt"la səfər oyununun yeri dəyişdirildi

"Neftçi"nin "Sumqayıt"la səfər oyununun yeri dəyişdirildi

Azərbaycan Premyer Liqasının 1-ci turunun "Sumqayıt" - "Neftçi" görüşünün yeri dəyişdirilib.

"Mediasport" xəbər verir ki, matç Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə I turda baş tutacaq "Sumqayıt" - "Neftçi" qarşılaşmasının digər stadionda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.