"Qarabağ"ın futbolçuları "Şkendiya" ilə oyunu dəyərləndirdilər - VİDEO

"Qarabağ"ın futbolçuları "Şkendiya" ilə oyunu dəyərləndirdilər - VİDEO

"Qarabağ"ın futbolçuları Toral Bayramov, Abdullah Zubir və Mateus Silva UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə ilk matçından sonra (1:0) fikirlərini bölüşüblər.

"Mediasport" xəbər verir ki, oyunda vurulan yeganə qolun müəllifi Toral ağır oyun keçirdiklərini bildirib və rəqibin çox mübariz bir komanda təsiri bağışladığını deyib.

Zubir Çempionlar Liqası turnirində asan oyunun olmadığını, qələbə qazansalar da, cütün taleyinin Bakıda həll ediləcəyini söyləyib.

Silva isə "Şkendiya"nın "köhlən atlar"a çətinlik yaşatdığını dilə gətirib. O, Ağdam təmsilçisinin yeni mövsümün startında çox istəkli olduğunu da bildirib.