Azərbaycan yığmasının üzvü Almaniyada əməliyyat olundu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
AFFA-dan "Mediasport"a verilən məlumata görə, 21 yaşlı müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Nimeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.