Ehtiram Qulıiyevin açıqlamalarına görə klub 15 min cərimələndi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, iclasda Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar verilib:
3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin (maddə 88.4);
