"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi Bakıya qələbə ilə gəlir
UEFA Konfransı Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi "Dinamo”(Kiyev) Azərbaycana səfər öncəsi Ukrayna çempionatında 2-ci tur matçını keçirib.
"Mediasport" xəbər verir ki, paytaxt klubu "Veres"lə üz-üzə gəlib.
Matç kiyevlilərin qələbəsi ilə yekunlaşıb - 2:1.
"Qarabağ" - "Dinamo" qarşılaşması avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Komandalar arasında ilk dueldə ukraynalılar qələbə qazanıblar (1:0).


