AFFA bu rayonun stadionu üçün hərəkətə keçdi - Danışıqlar aparılır
AFFA Sabirabad şəhər stadionu ilə bağlı hərəkətə keçib.
"Mediasport"a verilən məlumata görə, federasiya illərdir baxımsız və təmirsiz olan arenanı öz balansına keçirməyə çalışır.
Bildirilib ki, qurum Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansında olan idman qurğusunun razılığını ala bilsə, ərazidə tezliklə yenidənqurma, təmir-bərpa işlərinə başlanılacaq.
Tərəflər arasında danışıqlar davam etdirlir.
Xatırladaq ki, Sabirabad hazırda 2-ci Liqa və AFFA Region Liqasında müvafiq olaraq "Marafon" və "İnşaatçı" komandaları ilə təmsil olunur.

