"Qarabağ"ın Premyer Liqa oyununun yeri "Çelsi"yə görə dəyişdirildi

"Qarabağ"ın Premyer Liqa oyununun yeri "Çelsi"yə görə dəyişdirildi

Premyer Liqanın 10-cu turunun "İmişli" - "Qarabağ" oyununun yeri dəyişdirilib.

"Mediasport" xəbər verir ki, Ağdam klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

"Köhlən atlar" bu görüşün yerinin 20-ci turda baş tutacaq "Qarabağ" - "İmişli" matçı ilə dəyişdirilməsini istəyib.

Azərbaycan çempionu UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Çelsi" (İngiltərə) ilə oyuna daha yaxşı hazırlaşmaq üçün bu addımı atıb.

"Qarabağ" klubunun rəsmi müraciətini və "İmişli" kollektivinin razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliyə razı olub.

Beləliklə, qarşılaşma oktyabrın 31-də "Azersun Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.