"Turan Tovuz" ev oyunlarını "Qarabağ"ın stadionunda keçirəcək

"Turan Tovuz" ev oyunlarını "Qarabağ"ın stadionunda keçirəcək

"Turan Tovuz" komandası gələn ay start götürəcək Premyer Liqanın yeni mövsümündə bir neçə ev oyununu "Azərsun Arena"da keçirəcək.

"Mediasport" xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov deyib.

Yeni mövsümün püşkatmasında bu haqda danışan PFL rəsmisi qərb təmsilçisinin stadionunun iyulun 20-dən etibarən təmirə bağlanacağını söyləyib:

"Bilirik ki, bu bu xəbər tovuzlu azarkeşləri üzəcək. Lakin gələcəkdə hər şeyin daha yaxşı olması üçün bununla razılaşmaq lazımdır. "Kəpəz" mövsümün startına Qəbələ şəhər stadionunda, "Karvan" isə Şamaxı stadionunda start verəcək".

Qeyd edək ki, PL-də yeni mövsüm avqustun 15-də başlanacaq.