"Qarabağ"ın tarixi qolunun müəllifi titullu klubun baş məşqçisi oldu

"Qarabağ"ın tarixi qolunun müəllifi titullu klubun baş məşqçisi oldu

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem özünə yeni iş yeri tapıb.

"Mediasport" xəbər verir ki, makedoniyalı veteran vaxtilə futbolçu kimi formasını geyindiyi "Rabotniçki"nin baş məşqçisi təyin edilib.

O, Şimali Makedoniya klubu ilə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Daha əvvəl “Qostivar”, “Başkimi”ni çalışdırmış 37 yaşlı Muarem "Qarabağ"ın tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə düşməsində önəmli rol oynayıb.

O, UEFA Avropa Liqasının "Tvente" ilə Niderlandda baş tutmuş cavab görüşündə (1:1) qol vurmaqla komandanı tarixində ilk dəfə qrup mərhələsinə daşıyıb.

Xatırladaq ki, "Rabotniçki" 10-qat ölkə çempionudur.