Azərbaycan millisi Parisdə Fransa yığmasına uduzdu - YENİLƏNDİ

Azərbaycan millisi Parisdə Fransa yığmasına uduzdu - YENİLƏNDİ

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələ oyunları davam edir.

"Mediasport" xəbər verir ki, Avropa zonası üzrə D qrupunda yer alan Azərbaycan milli komandası Fransa səfərində meydana çıxıb.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Ayxan Abbasovun rəhbərliyinə keçən yığma qrupda bunadək keçirdiyi iki oyuna 1 xal əldə edib - səfərdə İslandiyaya uduzan (0:5) kollektiv Bakıda Ukrayna futbolçuları ilə bərabərə qalıblar (1:1).

Xatırladaq ki, millimiz oktyabrın 13-də Polşada Ukrayna seçməsi ilə üz-üzə gələcək.


DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi


Fransa - Azərbaycan 3:0

Baş hakim: Rohit Saqqi

Yan xətt hakimləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen

Dördüncü hakim: Daniel Hiqraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad (hakimlər briqadası Norveçdəndir)

Paris, “Park de Prens” stadionu.

Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 17. Vailliam Saliba, 4. Dayo Upamekano, 22. Teo Ernandes, 21. Kepren Türam, 14. Ardien Rabyo, 11. Maykl Olise, 7. Kinqsli Koman, 9. Uqo Ekitike, 10. Kilian Mbappe (k).

Baş məşqçi: Didye Deşam.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 8. Emin Mahmudov, 15. Abdulah Xaybulayev, 7. Toral Bayramov, 10. Mahir Emreli.

Baş məşqçi: Ayxan Abbasov.