"İmişli"də ayrılıqlar davam edir: Daha iki futbolçu yola salındı

"İmişli"də ayrılıqlar davam edir: Daha iki futbolçu yola salındı

Premyer Liqaya vəsiqə qazanan "İmişli" daha iki futboçusu ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, əyalət təmsilçisi Rəhim Osman və Cavidan Qasımlı ilə vidalaşıb.

Oyunçularla başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, aranlılar daha əvvəl Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Enrike və Xəyal Tomarovla əməkdaşlığı dayandırıblar.