Bakı metrosu "Sabah"ın matçına görə xüsusi rejimdə işləyəcək

 Bakı metrosu "Sabah"ın matçına görə xüsusi rejimdə işləyəcək

Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində Bakı Olimpiya Stadionunda "Slaviya" ilə (Çexiya) keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

"Mediasport" xəbər verir ki, Qırmızı xətdə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək.

Qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək. Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.

Qeyd edək ki, matç saat 20:45-də başlanacaq.