Daha bir güləşçimiz Skopyedə Avropa çempionu adını qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, son yarış günündə Azərbaycan 3 sərbəst güləşçisi fəxri kürsüdə yer alıb.
Ümumilikdə 45, 51, 60, 71 və 92 kq-da qaliblər müəyyənləşib.
92 kq çəki dərəcəsində təmsilçimiz Səid Paşayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
60 kq-da Həsən Həsənov yalnız finalda məğlub olaraq gümüş mükafatla kifayətlənib.
51 kq-da Ramal Mirhüseynov isə bürünc medal qazanıb.
Ömər Usubov (45 kq) bürünc medal görüşündə uduzaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Rəvan Həsənzadə (48 kq) və Ruslan Əlizadə (55 kq) də çempion olub, Hakim Tağıyev (110 kq) üçüncü yeri tutub.