Azərbaycanın sərbəst güləşçiləri DÇ-də mübarizəyə başlayırlar

Azərbaycanın sərbəst güləşçiləri DÇ-də mübarizəyə başlayırlar

Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 5-ci yarış günündə Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə qoşulacaqlar.

İlkin olaraq 5 təmsilçimiz ümidləri doğrultmağa çalışacaq. Həmçinin bu gün qadın güləşçilərimizdən Gülxanım Şirinova (40 kq) Azzaya Battulqa (Monqolustan), Fatimə Bayramova (53 kq) isə Mariya Jitovoz (Macarıstan) ilə təsəlliverici görüşlərdə güclərini sınayacaqlar.


Dünya çempionat


48 kq

Hüseyn Rzazadə – Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan)

80 kq

Nihad Süleymanlı – Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan)

55 kq

Abbas Şəfiyev – Temirlan Murat (Qazaxıstan)

65 kq

Rəşid Nazarov – Erik Papikyan (Ermənistan)

110 kq

Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan)

Xatırladaq ki, daha əvvəl mundialda yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıblar.

Milli Gimnastika Arenasında avqustun 2-dək keçiriləcək DÇ-də Azərbaycan ümumilikdə 29 güləşçi ilə təmsil olunacaq.