"Xüsusilə təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim"

"Xüsusilə təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim"

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik. Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı".

"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç deyib.

Yığmamızın rusiyalı çalışdırıcısı Gürcüstan seçməsi ilə ikinci yoldaşlıq görüşü haqda danışıb:

"Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara.

Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi.

Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq”.

Xatırladaq ki, komandamız hər iki yoldaşlıq oyununda Gürcüstan futzalçılarına uduzub - 2:4, 2:5.