İntizam Komitəsi "Neftçi"nin məşqçisinə 5 matçlıq cəza verdi

 İntizam Komitəsi "Neftçi"nin məşqçisinə 5 matçlıq cəza verdi

AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən "Neftçi" İK klubunun məşqçisi Əli Hüseynovu 5 oyunluq cəzalandırıb.

"Mediasport" xəbər verir ki, buna 15-ci turun "Baku Fire" ilə matçının fasiləsində məşqçinin təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

Mütəxəssis 5 oyunluq diskvalifikasiyaya mərzu qalıb.