ŞOK! Rəvan Həmzəzadə Marko Yankoviçi söyüşlə təhqir edib
“Qarabağ”ın futbolçusu Marko Yankoviç Azərbaycan Kubokunun "Sabah"la yarımfinal oyununun sonlarında yaşanan qalmaqala aydınlıq gətirib.
"Mediasport" xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi qırmızı vərəqə aldıqdan sonra baş hakim Rəvan Həmzəzadənin üstünə hücum çəkməsinin əsl səbəblərini açıqlayıb.
Ağdam klubunun legioneri bu barədə şəxsi hesablarında paylaşım edib.
Sən demə, səbəb Yankoviçin qırmızı meydandan qovulması və yaxud son saniyələrdə "Qarabağ"ın penaltisinin verilməməsi yox, baş hakimin onu ağır formada təhqir etməsi olub:
“Əgər mən onu vurmaq istəsəydim, bunun üçün kifayət qədər imkanım var idi. Özünüzə sual vermisinizmi ki, hakim mənə nə dedi və ya nə etdi ki, belə reaksiya verdim?
Məsələ penalti deyil. Meydanda ondan VAR-a baxmağı xahiş edəndə mənə qırmızı vərəqə göstərdi və ağır söyüş söydü. Bunu təkcə mənə yox, bir neçə dəfə digər oyunçulara da etdi.
Meydanda ən təmkinli şəxs olmalı olan hakim məni öz otağına dəvət edir?! Niyə? Mənimlə dalaşmaq üçün? Bu, absurd, qeyri-peşəkar və peşəsinə qarşı hörmətsizlikdir. Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona heç kim elə ağır söyüş söyməyib.
Unutmayaq ki, bu mənim 4 illik “Qarabağ” karyeramda ilk, ümumi karyeramda isə ikinci qırmızı vərəqə idi".

