Azərbaycan millisinin futbolçusu Premyer Liqa klubunda oynayacaq

Azərbaycan millisinin futbolçusu Premyer Liqa klubunda oynayacaq

Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Səbail" müdafiəçisi Emin Rüstəmovu "Karvan-Yevlax"a icarəyə verib.

Bayıl klubundan "Mediasport"a verilən məlumata görə, futbolçu cari mövsümün sonuna qədər Premyer Liqa kollektivində çıxış edəcək.

Xatırladaq ki, U-21 millisinin üzvü bu mövsüm "dənizçilər"in heyətində 12 turda 9 dəfə meydana çıxıb.