Atası Mahirin soyadını dəyişməsi haqda: "Məni heç narahat etmir"

Tanınmış prodüser Anar Mədətov növbəti dəfə oğlu Mahir Emreli haqda maraqlı açıqlama ilə gündəmə gəlib.
"Mediasport" xəbər verir ki, o, "Maqazin Plus"a açıqlamasında Mahirin Mədətov soyadını dəyişməsinə münasibət bildirib.
Mədətov qeyd edib ki, buna görə narahatlıq keçirmir:
"Allahım elə məsləhət gördü ki, belə olmalıdır. Bu, məni heç narahat etmir. Ancaq bir müddət narahat oldum. Heç kim başa düşmədi ki, "M.M" kimi yenə də qalıb. İndi "Mahir Mahir" gedir adı. Mən Mahirə anamın adını oymuşam. Yenə də mənə xoşdur ki, Mahir Mahirdir".