"Qarabağ" ABB-nin daha da məşhurlaşmasında rol oynayacaq

"Qarabağ" ABB-nin daha da məşhurlaşmasında rol oynayacaq

"Qarabağ" Futbol Klubu Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlığa başlayıb.

"Mediasport" xəbər verir ki, bank Avropada nüfuza malik Ağdam klubunun fəaliyyətinə dəstək olaraq töhfə verəcək.

ABB bununla öz brendinin, məhsul və xidmətlərinin daha da tanınmasına nail olmağı planlaşdırır.

Xatırladaq ki, rekord sayda - 12 dəfə Azərbaycan çempionu adını qazanmış "Qarabağ" ardıcıl 11 mövsümdür ölkəmizi Avropanın yaşıl meydanlarında uğurla təmsil edir.